Maliyyə Nazirliyi vahid xəzinə hesabının milli valyutada olan 1 milyard manatlıq sərbəst qalığını 3 ay müddətinə 7,21% orta faizlə yerli banklarda depozitə yerləşdirib. Bildirilir ki, bu, Azərbaycanda yeni yanaşmadır və dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində addımdır.
BUTA.TV xəbər verir ki, qərarın önəmi dövlət büdcəsinə əlavə gəlirlə yanaşı, həm də seçimdə yerli banklara üstünlük verilməsidir. Belə ki, depozit sistem əhəmiyyətli 4 banka yerləşdirilib və bu da yerli bankların imkanlarını genişləndirir.
Mövzu ilə bağlı saytımıza açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, bu addım bank sektorunda likvidliyi artıracaq və vəsaitlərin daha səmərəli idarə olunmasına xidmət edəcək:
“Bu addımla banklarda kiçik müddətli – 3 aya qədər olan kreditlərin də faiz dərəcələrində müəyyən dəyişikliklər – yəni enmələr ola bilər. Əslində sərbəst vəsaitin iqtisadiyyatda dövr etməsi çox yaxşıdır. Yəni həmin məbləğ dövriyyəsiz qalmaqdansa, dövr etməsi, iqtisadi üstünlüklər qazandırması təbii ki, müsbət yanaşmadır”.
Xatırladaq ki, Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu