İran-Ermənistan birgə hərbi təlimi “Ya Fatimeyi-Zəhra" kod adı ilə keçirilib. Xocalıda körpə zəhralara təcavüz edib müsəlmanları genosidə uğratmış erməni hara, peyğəmbərin ismətli qızı, İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhra hara? Kimi kimə calayıb təhqir edirsiniz? Peyğəmbər Əhli-beytini fars rejimi qədər təhqir və istismar edən ikinci rejim tarixdə olmayıb.
BUTA.TV xəbər verir ki, bu fikirləri ilahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib.
“İslam dininin müqəddəsatını, ali simalarını, Peyğəmbər soyunu hərbi, siyasi təxribatlara alət, qalxan, sipər etmək onlara və bütün islam dünyasına qarşı həqarətdir.
Təbii ki, Sasani +Əhəməni məfkurəsindən doğan fars şüubiyyəsinin bu kod adının açması təlimin əslində hansı məqsədlə keçirildiyini bizə məlum edir. Lakin ismət və həya mücəssəməsi, müsəlmanların onun pak adını belə dilinə gətirərkən özünü yığışdırdığı müqəddəs bir xanımın isminin məsum körpələrin dərisini soyub, yarasına duz basmış bir silahlılarla yanaşı çəkilməsi, üstəlik xanımın namı ilə elələrinə dəstək nümayiş etdirilməsi, islamı, Əhli- beyti, bütün müqəddəsatı təhqir etməkdir”, - İrfan bildirib.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu