Son vaxtlar ictimaiyyət arasında, xüsusən də sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında Ermənistanın Azərbaycan vətəndaşları ilə bağlı axtarışları geri götürməsi ilə bağlı müzakirələr gedir.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
“Ermənistan ilə Azərbaycan arasında hələ 2007-ci ildə əldə edilmiş razılaşmaya əsasən, tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində hər iki ölkənin vətəndaşlarına qarşı elan edilmiş dövlətlərarası axtarışları dayandırmaq barədə razılığa gəliblər. Qeyd olunan razılaşma və tərəflərin 2007-ci ildən əldə edilmiş razılaşmanı pozmamasına əsaslanaraq, 2024-cü ildə tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində dövlətlərarası axtarışların dayandırılması öhdəliyini təsdiqləyiblər”, - qurumdan bildirilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan vətəndaşı, idmançı Kamil Zeynallı barəsində Ermənistan Baş Prokurorluğu tərəfindən elan edilmiş axtarışın dayandırılması barədə məlumat yayılmışdı. Qərar ermənilər arasında etirazlara səbəb olmuşdu.
Ötən il Kamil Zeynallı barəsində qondarma ittihamlarla Ermənistanda “cinayət işi” açılıb, “beynəlxalq axtarış” elan edilmişdi. İdmançı həmin ilin fevralında Moskvadan Bakıya qayıdarkən saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Həmin vaxt onun İrəvana təhvil veriləcəyi barədə məlumat yayılmışdı.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu