Ermənistan və İran silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və digər təhlükəsizlik aspektləri sahəsində əməkdaşlıq qura bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri, iranlı ekspert Pouya Hüseyni aprelin 3-də mediaya açıqlamasında deyib.
O bildirib ki, İran Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır:
“Belə əməkdaşlığa mane olan üçüncü tərəflər (bunlar Qərb ölkələri və ya digər ölkələr ola bilər) bizim əlaqələrimizə qarışmamalıdır”.
Hüseyni xatırladıb ki, İran və Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollardan 700 milyona qalxıb:
“Tərəflər bu rəqəmi 3 milyard dollara qaldırmaq niyyətindədir”.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video