Trampın “tarif müharibələri” bu gün dünyada bir nömrəli müzakirə olunan məsələdir. ABŞ prezidenti nədən bu addımları atır? – bir neçə səbəb var.
BUTA.TV xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.
“1. ABŞ bankrot olmaq ərəfəsindədir, “psevdo-sol”və qlobalist hakimiyyətlər (partiya mənsubiyyətindən asılı olmayaraq) Reyqandan sonra ABŞ-ı indiki vəziyyətə gətirdilər, ölkənin borcu 36 trilyon 600 mlrd. dolları keçib. Hər il ABŞ borclar üzrə tək faizlərə 2 trilyon dollar ödəməlidir. Reyqandan sonrakı hökumətlər ancaq pul çap edərək borcu həm şişirdir, həm də faizləri qaytarırdılar. Belə yanaşma sonsuza qədər ola bilməzdi – Tramp indi “pislə çox pis” arasında seçim etdi, çox pis ABŞ-ın bankrot olması, ardınca da bütün dünyanı uzun illərə yayılan iqtisadi tənəzzülə düçar etməsi olardı, pis isə indi ABŞ iqtisadiyyatı bir az daralacaq, qiymətlər bir az yüksələcək, amma yeni tariflərdən büdcəyə 1,2 trilyon, Maskın fəaliyyəti ilə isə büdcəyə ildə 1 trilyon dollar qənaət ediləcək ki, bu vəsait də borcu artırmadan faizləri ödəməyə, hətta yavaş-yavaş borcu azaltmağa xidmət edəcək;
2. Tariflər orta-uzun vədədə qalacaqsa, istehsalın yenidən ABŞ-a dönməsinə səbəb olacaq, bu isə yeni iş yerləri, yeni istehsal gücləri deməkdir;
3. Tariflər istənilən ölkə ilə danışıqlar üçün vasitədir, əvvəl ABŞ “artistlik” edərək ölkələrə “insan haqları, demokratiya” deyib öz maraqlarına görə güzəşt qoparıb sonra “dəyərləri” unudurdu, indi isə “demokratiya dəyənəyini” daha səmimi və açıq olan tarif “dəyənəyi” ilə əvəz edir”, - o vurğulayıb.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı