Koreya Respublikasında müşahidə edilən daxili siyasi vəziyyətlə əlaqədar olaraq, bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq olunub.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyadakı Azərbaycan səfirliyi Seul şəhər meriyasına istinadən məlumat yayıb.
“Koreya Respublikasında daxili siyasi vəziyyətlə əlaqədar olaraq, Seul şəhərində 3,4 və 5 aprel tarixlərində çoxlu sayda kütləvi tədbirlərin keçirilməsi və bununla əlaqədar olaraq, müəyyən ərazilərdə böyük tıxaclar və izdihamların olacağı gözlənilir. Qeyd edilənləri nəzərə alaraq, hazırda Koreyada olan Azərbaycan vətəndaşlarına həmin günlərdə ehtiyatlı olmaq və kütləvi tədbirlərin keçirildiyi ərazilərdən uzaq durmaq tövsiyə olunur”, - məlumatda bildirilib.
Xatırladaq ki, Cənubi Koreya Konstitusiya Məhkəməsi aprelin 4-də prezident Yun Sok Yolun impiçmentinə dair iş üzrə yekun qərar çıxaracaq.
Məsələ ilə bağlı 3-5 aprel tarixlərində Koreyada kütləvi etiraz aksiyalarının keçirilməsi gözlənilir.
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video