Üzgərmə əməliyyatı zamanı sosial mediada canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.
Bu barədə BUTA.TV-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
"Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb. Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutaraq canlı yayım açdığını əks etdirən görüntü yayılıb.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video