Zəncəfil bəzən mədə yanmasına qarşı sürətli təsir edən vasitə kimi tövsiyə edilir, lakin onu digər qidalardan ayrı qəbul etmək turşu reflüksünü ağırlaşdıra bilər.
BUTA.TV-ın verdiyi məlumata görə, bu barədə amerikalı terapevt Maykl Çiçak "WelnessPulse" nəşrinə danışıb.
Həkim izah edib ki, mədə yanması - sinədə yanma hissi, turş və ya acı gəyirmə ilə müşayiət oluna bilər, bu, bir çox insanlara tanışdır.
"Adətən bunun səbəbi turşu reflüksü və ya qastroezofageal reflüks xəstəliyi (GERX) olur. GERX zamanı mədədədki qalıqlar qida borusuna atılır, çünki aşağı qida borusu sfinkteri (normal halda qalıqları yalnız mədəyə "buraxan" bağlayıcı mexanizm) zəifləyir".
Həkimlər GERX olan xəstələrə turş və yağlı qidaları, acılı yeməkləri, qəhvə, çay, qazlı içkiləri və şirniyyatları (xüsusilə şokoladı) həddindən artıq qəbul etməməyi tövsiyə edirlər. Doktor Çiçakın sözlərinə görə, "arzuolunmaz" qidaların siyahısına zəncəfil də daxil edilməlidir.
"Zəncəfil öz iltihabəleyhinə xüsusiyyətləri sayəsində mədə yanmasına qarşı effektiv vasitə hesab olunur. Buna baxmayaraq, araşdırmalar göstərir ki, bu məhsul aşağı qida borusu sfinkterini zəiflədir, bu da turşu reflüksünü ağırlaşdıra bilər", - deyə mütəxəssis vurğulayıb.
Terapevt qeyd edib ki, GERX zamanı müəyyən qida qruplarından tamamilə imtina etmək vacib deyil, lakin zəncəfil qəbul edərkən ehtiyatlı olmaq lazımdır - onu digər qidalarla birlikdə yemək daha yaxşıdır.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı