Martın 31-də saat 11:10-da Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir", - məlumatda qeyd olunub.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video