Türkiyənin məşhur sənətçisi Volkan Konak vəfat edib.
BUTA.TV Türkiyə KİV-ə istinadən bildirir ki, Şimali Kiprdə konsert zamanı infarkt keçirən sənətçini bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Volkan Konak Türkiyədə özünəxas üslubu ilə tanınırdı. 58 yaşlı sənətçi "Cerrahpaşa", "Mimoza çiçeğim", "Yarim yarim" kimi əsərlərlə musiqi dünyasına öz töhfəsini verib.
Türkiyəli məşhur müğənni Volkan Konakın Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yerə yıxılıb.
BUTA.TV "Haber Global"a istinadən xəbər verir ki, səhnədə ikən sənətçiyə ilkin tibbi yardım göstərilib.
Vəziyyəti pisləşən Volkan Konak daha sonra xəstəxanaya aparılıb və onun müalicəsinə başlanılıb. Sənətçinin səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Onun infarkt keçirdiyi ehtimal edilir.
Pərəstişkarları və sevənləri Volkan Konakın ən qısa zamanda sağlamlığına qovuşacağına ümid edirlər.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video