Paytaxtın Yasamal rayonunun "Kubinka" kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı bir vətəndaş şikayət edib.
BUTA.TV xəbər verir ki, bu barədə sakin şikayət videosu yayımlayıb. O qeyd edib ki, "RR Construction" şirkəti vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya alıb:
"Hər yeri söküblər, yollarımızı bağlayaraq məhdudlaşdırıblar. Söküntü işləri Fuad İbrahimbəyov küçəsi 27 ünvanında aparılır. Bunu ona görə edirlər ki, insanlar buradan çıxa bilməsinlər. Artıq dərəbəyliyə başlayıblar".
Qeyd edək ki, videogörüntüdə vətəndaşlar üçün həyati təhlükənin olduğu da müşahidə edilir.
Məsələ ilə bağlı şirkətin vəkili ilə əlaqə saxlasaq da, cavab ala bilmədik:
"İş günü deyil, 1-ci gün açıqlama verərəm".
Məhərrəm Əliyev
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı