Ermənistan Müdafiə Nazirliyi qəribə açıqlama yayıb. Nazirliyin bəyanatında yazılıb ki, ara-sıra “havaya açılan atəşləri” atəşkəsin pozulması kimi qiymətləndirmir və bu, guya təhlükə yaratmır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bu bəyanatı belə də oxumaq olar: “Ermənistan hərbçiləri əmrə tabe olmayaraq ara-sıra havaya atəş açırlarsa, bu, atəşkəsin pozulması demək deyil”. Kim zəmanət verə bilər ki, “havaya açılan atəş” Azərbaycan mövqelərinə tuşlanmır?
Əslində Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı “atəşkəs pozulmur” bəyanatının inkarıdır. Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbçilərinə nəzarət edə bilmir. Bunu Baş nazir Nikol Paşinyan da bir neçə gün əvvəl “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsi ilə etiraf etmişdi”, - politoloq vurğulayıb.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək