Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və ölkənin növbəti baş naziri olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb. Məlumata görə, o, partiyadaxili seçkidə üzvlərin 85,9%-nin səsini toplayıb.
Karni yalnız hazırkı Baş nazir Castin Trüdonun general-qubernator Meri Saymona istefa ərizəsi təqdim etməsindən sonra baş nazir postunu tutacaq.
Qeyd edək ki, Kanadada seçki bu ilin oktyabr ayında keçirilməli idi, lakin Trüdo daha erkən istefa verdiyinə görə hakim partiya daxili seçki yolu ilə Karnini Baş nazir seçib. Karni vəzifəsinin icrasına başladıqdan sonra oktyabra qədər vəzifəsinə davam edə, yaxud növbədənkənar seçki də təyin edə və erkən seçkilərə gedə bilər.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək