Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqakurnik vilayəti istiqamətində atəşkəsin pozulduğu və atışma səslərinin eşidildiyinə dair məlumatlar yayılıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bəzi sakinlərin sosial şəbəkələrdə bu iddia ilə çıxış etdiyi və bir neçə erməni KİV-in də sözügedən paylaşımlara əsasən məlumat yaydıqları bildirilir.
Vilayətin qubernatoru Karen Sərkisyan isə iddiaların həqiqətə uyğun olmadığını deyib:
“Geqarkunik vilayətinin sərhədləri boyunca atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mətbuatı əsassız gərginlik yaratmamağa və reallığa uyğun gəlməyən məlumatları yaymamağa çağırıram”.
Qeyd edək ki, ötən gün “Joxovurd” qəzeti budəfəki delimitasiya və demarkasiya prosesinin sərhədə yaxın yerləşən Geqarkunik vilayətinin Çəmbərək (Qırmızıkənd-red.) və Sotk (Zod-red.) ərazilərindən başlayacağını yazmışdı.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək