ABŞ-ın Nyu York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, səyyar konsulluq xidməti 22 fevral tarixində baş tutacaq.
Qəbul çərçivəsində Nyu York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.
ABŞ-da səyyar konsulluq xidməti Azərbaycan səfirliyi tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək