Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Lazer Beauty Klinikası"nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı AEM məlumat yayıb.
"Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən ay fəaliyyətinin dayandırıldığı deyilən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsi işini davam etdirir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək