Təhdidin özündə faktiki saxtakarlıq var, çünki onun (Nikol Paşinyanın – red.) parlamentdə verdiyi və həyata keçirdiyi reqlamentdə deyilir: “Sülh müqaviləsində başqa bir şey nəzərdə tutulmayıbsa, demarkasiya Almatı bəyannaməsi əsasında aparılır”.
BUTA.TV xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan Nikol Paşinyanın dərc olunmuş məqaləsini şərh edərkən deyib.
Xaçatryan qeyd edib ki, heç bir danışıqlar prosesi yoxdur:
“Danışıqlar prosesi iki bərabər tərəfin xoş niyyət nümayiş etdirərək qarşılıqlı məqbul həllə gəlməyə çalışmasıdır. Amma Azərbaycandan sifarişlər, bu hakimiyyətdən birtərəfli güzəştlər var. Paşinyan deyir: Mən sizə hücum etmək fikrində deyiləm. Yeri gəlmişkən, Ermənistanın Azərbaycana hücuma keçməsi və ona görə də avropalı müşahidəçiləri dəvət etməsi nağıl deyilmi? Azərbaycan Ermənistanın ona hücum edəcəyindən qorxsaydı, özü də avropalı müşahidəçilər istəyərdi”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək