Hazırda Azərbaycanda iki nazir postu boşdur.
BUTA.TV xəbər verir ki, bunlardan biri maliyyə, digəri isə ekologiya və təbii sərvətlər naziri vəzifəsidir.
Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı Sərəncamla maliyyə naziri Samir Şərifov vəzifədən azad olunub. O, 2006-cı ildən adıçəkilən vəzifədə çalışırdı. Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Baş nazirin müavini təyin olunub.
Prezident İlham Əliyev fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tutduğu vəzifədən azad edilib. O, 2018-ci ildə nazir vəzifəsinə gətirilmişdi. Dövlət başçısının digər sərəncamı ilə M.Babayev Prezidentin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək