Kreml Azərbaycan Hava Yolları təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı istintaqın ilkin nəticələrini şərh etməkdən imtina edib və istintaqın tamamlanmasını gözləməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qazaxıstan tərəfinin dərc etdiyi araşdırmanın ilk nəticələrini şərh etmək sualına o, belə cavab verib:
“Bu, ilkin hesabatdır. Təbii ki, aidiyyəti şöbələrimiz bunu çox böyük diqqətlə öyrənəcək. Prezident administrasiyası şərh verməyi mümkün hesab etmir”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək