ATƏT-in Minsk qrupu və onunla bağlı institutlar ləğv edilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Minsk qrupu öz fəaliyyət predmetini itirib və görünür, ləğv edilməlidir. Bu tədbir Azərbaycan və Ermənistan arasında münasibətlərin çoxdan gözlənilən normallaşmasına kömək etməlidir. Buna əlavə edəcək heç nə yoxdur", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün irəli sürdüyü şərtlərdən biridir. İrəvanda bildiriblər ki, Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək