Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu görür.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
O bildirib ki, Rusiya Bakı və İrəvan arasında iki ölkənin sərhədlərinin Gürcüstanla qovuşmasından başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılaşmanı alqışlayır:
"Çox böyük, yaxşı irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya edilib".
Overçuk qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini həmişə dəstəkləyib və sorğu əsasında kartoqrafik materialları təqdim etməyə hazırdır:
"Moskva bu sahədə, o cümlədən Azərbaycanın özü ilə bağlı geniş təcrübəsindən istifadə edərək ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır.
Bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialı var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə verilə bilər".
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?