Hazırda İran üçün Qərbdəki qlobal məsələlər və əsasən də Yaxın Şərqdə baş verənlər daha önəmlidir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli keçmiş deputatı Robert Beqlaryan deyib.
Onun sözlərinə görə, Tehran mövcud gərgin vəziyyətdə bəzi mözvular üzrə irəliləyişlərə nail olmaq istəyə bilər:
“İran hələ də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına reaksiya verməyib. Çünki situasiyanın necə ciddi olduğunu anlayır, açıq müharibə təhdidləri var. Doğrudur, sərhədlə bağlı “qırmızı xətlərini” elan edib. Lakin hazırda müəyyən irəliləyiş istəyir. Bu baxımdan müxtəlif ssenariləri, hətta Zəngəzur dəhlizinin açılması məsələsini də nəzərdən keçirə bilər. Təbii ki, prosesin gedişatındakı rolu nəzərə alınmaqla buna baxması mümkündür.
Bəlkə də İran şimaldan gələcəyini düşündüyü təhdid ethimalını Azərbaycanla aydınlaşdırmağa çalışır. Özünə qarşı kənardan təhlükə yaranarsa, Bakının mövqeyinin necə olacağını öyrənməyə çalışır”.
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?