ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Journal” bildirib.
"Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-ın maraqlarına xidmət edəcək”, - jurnal qeyd edib.
“Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır", - yazıda vurğulanıb.
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video