İran-Azərbaycan sərhədi həmişə sülh və dostluq sərhədi olub və biz bu dostluğa və yaxınlığa qarşı düşmənin fitnəkar addımlarına imkan verməyəcəyik.
BUTA.TV xəbər verir ki, bunu İran Polis komandanının müavini, general Qasım Rzayi İranla Azərbaycan arasındakı yerləşən Astara quru sərhədinə səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, İran və Azərbaycan yük maşınlarının hərəkəti üçün çoxsaylı sərhəd terminalları və körpülər, eləcə də sərnişinlər üçün quru sərhəd-keçid məntəqələri var.
Qasım Rzayi bu əlaqələri yaxşılaşdırmaq üçün hər zaman səylərin göstərildiyini vurğulayıb.
İranın polis rəsmisi qeyd edib ki, son statistik məlumatlara görə, hər gün Gilan əyalətindən Azərbaycana 230-a yaxın TIR hərəkət edir və İran bu rəqəmi artırmağa hazırdır.
“Hər iki tərəfdə əməkdaşlıq hökm sürür”, - İran generalı qeyd edib.
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı