Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyası 30 gün ərzində işinin ilkin nəticələrini təqdim edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə komissiyanın üzvü, Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.
“Ümumiyyətlə, standartlara görə, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir”, - o bildirib.
Lastayevin sözlərinə görə, hazırda təhqiqatın sahə mərhələsi gedir, yəni təyyarənin fraqmentləri, qəza yerindəki izlər götürülür, bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda toplanır.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!