Prezident İlham Əliyev AZAL şirkətinin Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırmasının onun göstərişi olduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, Prezident bu barədə müsahibəsində danışıb. "Bu göstərişi mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört basdır-etmək üçün etdilər".
İlham Əliyev təhlükəsizlik məsələlərinin ön planda olduğunu vurğulayıb:
"AZAL-ın uçuşlarına gəldikdə, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır".
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq