NATO ölkələrində yerləşən xarici agentlərin təqdimatı ilə internetdə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının guya 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş aviasiya qəzası ilə bağlı Azərbaycan və Qazaxıstan Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə versiyalar hazırlamaq barədə danışıqlar apardığını iddia edən yalan məlumat yayılır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlayıb.
Qeyd olunub ki, bu məsələ ilə bağlı adıçəkilən ölkələrin xarici siyasət idarələri ilə heç bir danışıqlar aparılmayıb.
“Aviasiya qəzasının səbəblərinin araşdırılması müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş dayanır. İnsan faciəsi üzərindən piar cəhdlərini ləyaqətsiz və qəbuledilməz hesab edirik”, - o qeyd edib.
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır