Qırğızıstan Prezidenti Sadır Japarov AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Bu əvəz edilməz itkiyə görə dərd və kədərinizi bölüşürəm", - məlumatda deyilir.
Daha əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən bildirilib ki, ilkin məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 3 Qırğızıstan, 37 Azərbaycan, 6 Qazaxıstan və 16 Rusiya vətəndaşı olub.
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi