Qətərin paytaxtı Dohada “Suriya üzrə Astana formatı”nda keçirilən Türkiyə, Rusiya və İran XİN başçılarının görüşündən sonra mediaya açıqlamasında Rusiya XİN başçısının bir suala cavabı geniş müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, mətbuat konfransında Suriyada vəziyyətin necə inkişaf edəcəyi və oradakı Rusiya hərbi bazalarının taleyinin necə olacağı ilə bağlı Lavrova sual ünvanlanıb.
Lavrovun cavabı isə belə olub:
“Heç bir proqnoz verə bilmərəm. Fələstin dövləti qurulmayınca Yaxın Şərqdə ekstremizm artacaq”.
Qeyd edək ki, Rusiyanın Suriyada xüsusi əhəmiyyət daşıyan Hmeymim və Tartus bazaları var.
Hazırda Suriya müxalifət qüvvələri artıq paytaxt Dəməşqin girişində döyüşlər aparır.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı