Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb.
Sail Ağasəlim
Fotoda: Aydın Quliyev

- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı