NATO ölkələri indi təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir. Əslində onlar Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar qəbul edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə söhbətində deyib.
“Bu raket sistemləri üçün uçuş missiyaları əslində yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz. Ona görə də söhbət Ukrayna rejiminin Rusiyaya bu silahlarla zərbə endirməsinə icazə verib-verməməkdən getmir.
Məsələ bir qərar verməkdir: NATO ölkələri hərbi münaqişədə birbaşa iştirak edir, ya yox. Əgər bu qərar qəbul olunarsa, bu, NATO ölkələrinin - ABŞ, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa heç nə demək olmayacaq”, - dövlət başçısı qeyd edib.
- AAYDA-ya məxsus bu qurum ləğv olundu
- Dəmir yollar Kürdəmirə aparır!
- MAXE olmaq istəyənlərin nəzərinə!
- Mühüm yenilik: Almaniya ilə Azərbaycan arasında sənədlər...
- Ali Məhkəmədən alqı-satqı müqaviləsi ilə bağlı – Xəbərdarlıq
- Polis bu qadını axtarır - Foto
- Sabah hava necə olacaq?
- İlk rübdə 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib