Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna üzrə Təmas Qrupunun (“Ramşteyn formatı”) iclasında işitirak edəcək. O, Qərb tərəfdaşlarından əlavə silah tədarükü üçün şəxsən xahiş etmək istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə “Şpigel” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, sabah Vladimir Zelenski ABŞ-ın Almaniyadakı “Ramşteyn” aviabazasında keçiriləcək görüşə qatılacaq.
“Zelenski hazırkı vəziyyətin ciddiliyini aydın şəkildə göstərmək istəyir. Bundan əlavə, Ukrayna dövlət başçısı ordusu üçün yeni silah ehtiyatları, xüsusilə uzaqmənzilli raketlər və daha çox hava hücumundan müdafiə texnikası istəmək niyyətindədir. Müharibə başlayandan bəri nazirlər mütəmadi olaraq Ramşteyin formatında görüşürlər. İndiyədək bu görüşlərin ab-havası kifayət qədər işgüzar olub, lakin Zelenskinin səfəri hadisəyə siyasi çalar verəcək”, - məlumatda qeyd olunub.
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi