Niderlandda yaşayan həmyerlimiz, jurnalist, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun sözügedən agentliyin saytında növbəti yazısı yayımlanıb.
BUTA.TV xəbər verir ki, “Bakı – keçmişlə bu günün vəhdəti” adlı məqalədə Azərbaycanın turizm imkanlarından bəhs olunub.
Azərbaycan haqqında ümumi, turistlər üçün maraqlı və gərəkli məlumatların olduğu yazıda Bakının tarixindən, qədim abidələrindən, görməli yerlərindən, mətbəxindən, insanların qonaqpərvərliyindən bəhs edilir.
Məqalədə həmçinin qeyd olunub ki, 30 il sonra işğaldan azad olunmuş Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Zəngilan kimi rayonlar da gələcəkdə Azərbaycanın turizm mərkəzlərinə çevriləcək.
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi