Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi polkovnik Taleh Babayev vəzifəsindən azad edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Taleh Babayev Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunub.
Qeyd edək ki, Taleh Babayev bir müddət əvvəl vəzifəsindən azad edilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin yerinə gətirilib.
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda