İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.
İZİA-dan BUTA.TV-a bildirilib ki, cari ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20 faiz artım deməkdir.
Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, VGV, UAZ, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda