Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (590 xal) birinci pillədəki yerini qoruyub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci olub. Paris-2024-də qızıl medal qazanan cüdoçu Zelim Kotsoyev (470 xal) isə üçüncü pilləyə yüksəlib.
İdman gimnastı Nikita Simonov (400) dördüncü, cüdoçu Elcan Hacıyev (320 xal) beşinci, atlet Anna Skidan (315 xal) altıncı, digər cüdoçular Balabəy Ağayev (310) yeddinci, Yaşar Nəcəfov (300 xal) səkkizinci, Leyla Əliyeva (290 xal) doqquzuncu, Zelim Tçkayev (280 xal) isə onuncudur.
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi