İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi qətlə yetirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Boks Şurası məlumat yayıb.
Bildirilib ki, İ.Qulməhəmmədi Tehranın Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində öldürülüb. Ona 5 bıçaq zərbəsi endirilib, eyni zamanda 11 dəfə atəş açılıb.
Məlumata görə, idmançıya 2 nəfər hücum edib. Onların kimliyi hələ müəyyən olunmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, İ.Quməhəmmədi boks üzrə ölkə çempionu olub. Bir müddət İranın boks yığmasının məşqçisi və meneceri işləyib. İran Boks Federasiyasının üzvü olub.
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi