Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada Makala həbsxanasından qaçmağa cəhd edən 129 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik üzrə baş nazirinin müavini Jakmin Şabani bildirib.
Onun sözlərinə görə, iğtişaşlar fonunda həbsxanada yanğınlar başlayıb, nəticədə bir neçə inzibati obyekt və ərzaq anbarları dağıdılıb:
“24 nəfər xəbərdarlıqdan sonra aldığı güllə yaralarından, qalanları isə əzilmə və ya boğulma nəticəsində dünyasını dəyişib. Bundan əlavə, 59 nəfər yaralanıb. Bir neçə qadının zorlanması ilə bağlı faktlar da var”.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto