Ayfon mobil telefonlarına qoyulan idxal qadağası səbəbilə İrana 900 milyon dollar zərər dəyib.
BUTA.TV xəbər verir ki, bunu İran Mobil Telefon İxracatçıları Assosiasiyasının prezidenti Əbdülmehdi Əsədi deyib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkianın qurduğu yeni hökumət idxal qadağasını aradan qaldırmasa, bu zərər gələn il 1,3 milyard dollara qalxacaq.
“Son 2 ildə Ayfon idxalının qadağan edilməsi ölkənin valyuta ehtiyatlarının idarə olunması hədəfinə nail olmağı çətinləşdirməklə yanaşı, təxminən 900 milyon dollarlıq valyutanın da ölkədən qeyri-qanuni çıxmasına səbəb olub. Rabitə Nazirliyi və Sənaye Nazirliyinin qadağanı aradan qaldırmaq istiqamətində iş apardığına dair məlumatlar var”.
Qeyd edək ki, İranın mobil telefon idxalının 1/3-dən çoxu Ayfon modellərinin payına düşsə də, Ayfon-14 və 15 model telefonlarının ölkəyə idxalı və qeydiyyatı qadağandır. Qadağa ölkəyə qaçaq yolla Ayfon modellərinin gətirilməsinə səbəb olub.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto