Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan BUTA.TV-a verilən məlumata görə, buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
Məlumata görə, Boinq 787 təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.
Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
"Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var