UEFA Avropa Liqasında Liqa mərhələsinin təqvimi bəlli olub.
BUTA.TV xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Qarabağ"ın oyunlarının vaxtı da bəlli olub.
Qurban Qurbanovun komandası mərhələyə “Tottenhem”lə Londondakı oyunla start verəcək. Mərhələnin son görüşü Pireydə “Olimpiakos”a qarşı keçiriləcək.
26 sentyabr 2024-cü il
00:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”
3 oktyabr 2024-cü il
20:45. “Qarabağ” – “Malmö” (İsveç)
24 oktyabr 2024-cü il
20:45. “Qarabağ” – “Ayaks” (Niderland)
7 noyabr 2024-cü il
21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ”
28 noyabr 2024-cü il
21:45. “Qarabağ” - “Lion” (Fransa)
12 dekabr 2024-cü il
00:00. “Elfsborq” (İsveç) – “Qarabağ”
23 yanvar 2025-ci il
21:45. “Qarabağ” – FCSB (Rumıniya)
30 yanvar 2025-ci il
00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ”
Qeyd edək ki, bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var