Qərb ölkələri hələ də Ukraynanın döyüş meydanında qalib gəlməsini istəməyə qərar verməyiblər.
BUTA.TV xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
Pevkur bildirib ki, Qərb siyasətçiləri çox sadə bir sualla üzləşirlər:
“Biz Ukraynanın döyüşməsini istəyirik, yoxsa qalib gəlməsini? Məncə Ukraynanın qalib gəlməsi üçün bütün Qərb ölkələri Kiyevin ehtiyaclarına ÜDM-in ən azı 0,25%-ni ayırmaq üçün uzunmüddətli qərar qəbul etməlidirlər”.
Qeyd edək ki, Estoniya və Ukrayna artıq təhlükəsizlik sazişi izmalayıb. Onun bir hissəsi olaraq, Estoniya hökuməti 2024-2027-ci illər ərzində Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in ən azı 0,25%-ni ayırmağı öhdəsinə götürüb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var