Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən parkda baş verib. Z.M. bacısı ilə parkda dincələnən zaman 1995-ci il təvəllüdlü M.B. onun əyləşdiyi oturacağa oturaraq tanış olmaq istədiyini bildirib.
Qız həmin şəxs tərəfindən narahat edildiyi üçün bacısı ilə yaşadığı evinə doğru piyada hərəkət etməyə başlayıb.
Bu zaman M.B. yenidən ona yaxınlaşıb, onu narahat etməyə başlayıb.
Qızın şikayəti əsasında M.B. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.B. barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var