Keçmiş SSRİ ölkələrinə göndərilən ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bankirləri ruslara qarşı sanksiyaları sərtləşdirməyə inandırıb. Sürətli ödənişlər sistemi vasitəsilə rublla əməliyyatları dayandıran onlarla Qırğızıstan bankının ardınca Qazaxıstan bankirləri də işə başlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.
Məlumata görə, “HalykBank”, “RBK”, “Freedom Bank” və “Avrasiya Bankı” bankları “texniki səbəblərə görə” “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələrini dayandırıb:
“Daha sonra “Sitibank da müştərilərinə xəbərdarlıq edib ki, rubl hesabları ilə işləməyi dayandıracaq. Bank mətbuata açıqlamasında deyib ki, şirkətlər sentyabrın 24-dək rubl hesablarını bağlamalıdırlar. Bank həmçinin valyutanın rubla çevrilməsini dayandırmaq niyyətindədir”.
Bundan başqa, “CenterCredit Bank” oktyabrdan Rusiyaya dollar və avro ilə köçürmələri dayandıracaq.
Ölkənin ən böyük banklarından biri olan “Kaspi” Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini bildirib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var