Böyük Britaniya hökuməti BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da istixana qazları emissiyalarının azaldılması ilə bağlı əlavə öhdəliklər götürməyi nəzərdən keçirir.
BUTA.TV “Quardian"a istinadən xəbər verir ki, bu planın qlobal emissiyaların azaldılmasına kömək olacağı və digər ölkələri də eyni addımı atmağa təşviq edəcəyinə ümid edilir.
Bildirilib ki, Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Miliband yeni hədəfi əvvəlcədən elan etməyi planlaşdırır və Baş nazir Keyr Starmer də Böyük Britaniyanın iqlim müzakirələrində beynəlxalq səhnədə lider mövqeyinə yüksəlməsində maraqlıdır.
Keyr Starmer müxalifətin lideri olduğu vaxt COP28-də iştirak edib. O, noyabrda Azərbaycanda keçiriləcək COP29-a dəvət olunub.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var