ABŞ Hərbi Hava Qüvvələrinin 350-ci Spektr Müharibə Qanadının xüsusi təyinatlı elektron döyüş bölməsinin mütəxəssisləri Ukrayna Hərbi Hava Qüvvələrinin F-16 təyyarəsini yeniləyiblər ki, onlar Rusiyanın hava hücumundan müdafiə sistemlərinə daha yaxşı müqavimət göstərə bilsinlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Defens Ekspress” ABŞ Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, amerikalı mütəxəssislər ABŞ Hərbi Hava Qüvvələrinin özündə olmayan avadanlıqlarla iş aparıblar. Mütəxəssislərin fikrincə, söhbət əvvəllər Ukrayna qırıcılarında müşahidə edilən ECIPS/CJS konteynerindən gedir:
"Onun tərtibçisi Danimarka Terma və İtalyan Leonardo idi. Bu, təkcə güclü rəqəmsal elektron müharibə stansiyası deyil, həm də raket hücumu təhlükəsini qeyd edən stansiyadır".
Mütəxəssislər hesab edirlər ki, yenilənmiş elektron döyüş sistemləri sayəsində Ukrayna F-16-ları səmada özlərini daha təhlükəsiz hiss etməklə yanaşı, Rusiyanın hava hücumundan müdafiə sistemlərinə hücum zamanı daha yaxşı nəticələr əldə edəcəklər.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var