Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin məsləhətinə əməl edərək Xəzərin problemlərini öz üzərinə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün mümkün qədər tez prosesə qoşulmağı tapşırıb.
"Bu yaxınlarda Azərbaycanda idim və həmkarımız, Azərbaycan Prezidenti diqqəti Xəzərin getdikcə dayazlaşmasına yönəltdi.O, Həştərxan vilayəti ilə qarşılıqlı əlaqələrdən çox səmimi danışdı.
Sizdən bir xahişim var: əlbəttə ki, bunu hökumətə həvalə edəcəyəm, lakin siz Xəzər dənizinə kömək məqsədilə yaxın gələcəkdə hansı işlərin görülməli olduğunu başa düşmək üçün Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlilinin aparılması sorğusu ilə müvafiq müraciət hazırlayıb mənə göndərərsiniz".
Qubernator cavab olaraq elmi ictimaiyyəti və praktikləri bu işə cəlb edəcəyini və müvafiq hesabat hazırlayacağını vəd edib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var