Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücəl Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yücəl Artantaş 1952-ci ildə İğdırda anadan olub. Ankara Qazi Universitetində təhsil alıb. Əmək fəaliyyətinə həmkarlar ittifaqında başlayan Yücəl Artantaş Ankara Böyükşəhər Bələdiyyəsində və digər təşkilatlarda mühüm vəzifələrdə çalışıb. Həmvətənlərimizin təşkilatlanmasında, Azərbaycan icmasına məxsus ictimai təsisatların formalaşmasında, onların Türkiyə cəmiyyətinə inteqrasiya olunmasında yaxından iştirak edib.
O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.
Y.Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Yücəl Artantaşa ölkəmizin bu yüksək mükafatını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il martın 16-da Heydər Əliyev Sarayında keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında təqdim edib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var