Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeç paylaşımına görə təhqirlərə məruz qalıb.
“BUTA.TV” xəbər verir ki, atıcı “X” hesabında anası ilə olan şəklini paylaşıb və bu sözləri yazıb: “My most precious” (Mənim ən dəyərlim). Bəzi sosial şəbəkə istifadəçiləri isə sözügedən fotonu rüsvayçılıq hesab etdiklərini bildirərək “Hər kəsə rüsvay olduq. Bizi ərəb biləcəklər” tipli şərhlər yazıblar. Onlar bunu idmançının anasının hicabda olması ilə əlaqələndiriblər.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran 51 yaşlı Yusuf Dikeç əli cibində atış etməklə dünyanın gündəminə düşmüşdü.


- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var