Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
BUTA.TV təbrikin mətnini təqdim edir:
“Həyata keçirdiyiniz çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət insanların rifahına yönəlib, Sizin peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə haqlı olaraq nüfuz qazandırıb. Minsk və Bakı arasında yüksək səviyyəli qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik tərəfdaşlıq münasibətlərini qiymətləndirirəm”.
A.Lukaşenko Belarus-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı planların həyata keçirilməsinin qardaş xalqların maraqlarına tam cavab verdiyinə əminliyini ifadə edib.
“Hörmətli Mehriban Arif qızı, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram, qoy ailənizdə əbədi olaraq sevinc, sevgi və harmoniya hökm sürsün”, - təbrikdə qeyd olunub.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var